Təbrizin qüruru “Traktor” çempion oldu!
“Traktor Təbriz" tarixində ilk dəfə İran çempionu oldu.
90plus.az xəbər verir ki, Cənubi Azərbaycan təmsilçisi 2024/25 mövsümünün sonuna 2 tur qalmış birinciliyi təmin edib:
Şəms Azər 0-4 Traktor Təbriz
Drozdek 3' 31'
Hosseinzadeh 9'
Alves 84'
Qollar:
https://t.me/doxsanplus/102247
https://t.me/doxsanplus/102255
56 yaşlı xorvatiyalı mütəxəssis Draqan Skoçiçin baş məşqçisi olduğu komandanın ən yaxın izləyicisi “Sepahan” (İsfahan) öz meydanında 5-ci yerdə qərarlaşmış “Qohar”a uduzub - 1:2.
Beləcə, “Sepahan”la “Traktor” arasında xal fərqi 8-ə yüksəlib. Bu isə o deməkdir ki, son 2 turun nəticəsindən asılı olmayaraq, “Traktor” hazırkı mövsümü lider kimi başa vuracaq
Qeyd: İndiyədək “Traktor”un İran yüksək liqasında ən yaxşı nəticələri:
3 dəfə 2-ci yer,
2 dəfə 3-cü yer.
© Copyright 2026, All Rights Reserved