Vəfat edən futbolçunun maaşı ailəsinə çatacaq
Xuan İzkerdonun ailəsi futbolçunun geridə qalan müqaviləsində göstərilən maaşı ala biləcək.
90plus.az xəbər verir ki, ailə futbolçunun 2032-ci ildə bitəcək müqaviləsinə qədər onun əməkhaqqını almağa davam edəcək.
Müqavilə başa çatdıqdan sonra isə klub ailəyə dəstəyini dayandırmayaraq onlara xüsusi bir məbləğ ödəməyi planlaşdırıb.
Qeyd: Xuan İzkerdo "Libertadores" kuboku çərçivəsində keçirilən "Sao Paulo" - "Nasional" matçında ürəktutmasından vəfat edib.
© Copyright 2026, All Rights Reserved