Vinisius İspaniyanı təhdid etdi
Vinisius Junior İspaniyanı irqçilikdə ittiham edib.
90plus.az xəbər verir ki, "Real Madrid"in brazilyalı futbolçusu Vinisius Junior eşitdiyi irqçilik təzahüratlarından şikayət edib:
"Ümid edirəm ki, İspaniya təkmilləşə və insanı dərisinin rənginə görə təhqir etməyin nə qədər ciddi olduğunu başa düşə bilər. 2030-cu ildə hər şey dəyişməsə, yeri dəyişməli olacağıq".
Qeyd: 2030-cu il dünya çempionatına İspaniya, Portuqaliya və Mərakeş ev sahibliyi edəcək.
© Copyright 2026, All Rights Reserved