Yakobsdan "Qalatasaray"a pis xəbər
İsmail Yakobs "Beşiktaş"la matçda olmayacaq.
90plus.az xəbər verir ki, "Qalatasaray", Trendyol Super Liqasının 9-cu həftəsində "Antalyaspor"u 3-0 məğlub edərək liderliyini davam etdirdi.
Sarı-qırmızılılarda sağ arxa əzələsində ağrı hiss edən İsmail Yakobsun sağlamlıq vəziyyəti bəlli oldu.
"Qalatasaray", aparılan yoxlamalardan sonra Seneqallı futbolçunun əzələsində gərginlik və qanaxma aşkarlandığını açıqladı.
25 yaşlı oyunçunun ən azı 2 həftə meydanlardan uzaq qalması gözlənilir və o, gələn həftə keçiriləcək "Beşiktaş" derbisində iştirak edə bilməyəcək.
© Copyright 2026, All Rights Reserved