Yamal millidən uzaqlaşdırıldı
“Barselona”nın futbolçusu Lamin Yamal İspaniya millisinin düşərgəsini tərk edib.
90plus.az xəbər verir ki, bu barədə ESPN İspaniya millisinin mətbuat xidmətinə istinadən xəbər verir. İspaniya – Danimarka oyunundan sonra (1:0) 17 yaşlı vingerin ayağında narahatlığı olduğu üçün axsayıb. O, zədə riskini azaltmaq üçün Kataloniya klubunun düşərgəsinə qayıdıb. Müayinədən keçən Yamalda heç bir ciddi problemi aşkarlanmayıb.
Qeyd: Lamin Yamal İspaniya millisinin heyətində 17 oyuna çıxaraq 3 qol vurub və 9 qolun ötürməsini edib.
© Copyright 2026, All Rights Reserved