Yamal: "Real" bu il bizi məğlub edə bilməz”
"Barselona"nın 17 yaşlı vingeri, saçını sarıya boyayaraq yeni saç düzümü ilə diqqət çəkən Lamin Yamal Kral Kubokunu qazanandan sonra təəssüratlarını bölüşüb.
90plus.az xəbər verir ki, ispan futbolçu komandasını "Real" qarşısında güclü olduğunu belə ifadə edib:
"Bir qol da buraxsaq, iki qol da buraxsaq da, yenə də problem deyil. "Real" bu il bizi məğlub edə bilməz. Biz bunu sübut etdik.
Mən çox xoşbəxtəm. Visca Barça!".
Qeyd: "Barselona" bu mövsüm 3 dəfə "Real"la qarşılaşıb... 2-si kubokla nəticələnən, 3 görüşün hamısında qalib gəlib.
Çempion “Barselona” oyunçularının kefi kökdür: https://t.me/doxsanplus/102008
© Copyright 2026, All Rights Reserved