Yunan adasınının klubu 39 il sonra kubok qazandı
"OFİ Krit" 39 ildən sonra kubok qazandı – Yunanıstan Kubokunun qalibi oldu.
90plus.az xəbər verir ki,"OFİ Krit" uzun fasilədən sonra böyük uğura imza ataraq Yunanıstan Kubokunun qalibi olub.
Krit təmsilçisi finalda PAOK üzərində 3:2 hesablı qələbə qazanaraq tarix yazıb. Bu, klubun son 39 ildə əldə etdiyi ilk rəsmi kubokdur.
Gərgin keçən final qarşılaşmasında OFİ Krit hücum futbolu ilə seçilib və matçın həlledici anlarında üstünlüyü ələ alaraq qələbəni təmin edib.
Bu nəticə ilə klub təkcə kuboku qazanmayıb, həm də avrokuboklara vəsiqə əldə edib. OFİ Krit növbəti mövsüm UEFA Avropa Liqasının təsnifat mərhələlərində çıxış edəcək.
Bu uğur Krit adası futbolu üçün də böyük hadisə hesab olunur və klubun azarkeşləri illər sonra yenidən böyük sevinc yaşayıb.
© Copyright 2026, All Rights Reserved