"Yuventus" zədəli futbolçusu ilə müqaviləni uzadıb
İtaliyanın "Yuventus" komandası hücumçusu ilə yeni müqavilə imzalayıb.
90plus.az xəbər verir ki, A Seriyasının güclü klublarından biri olan "Yuventus" Arkadiuş Miliklə olan müqaviləsini uzadıb.
Polşalı hücumçu ilə 2027-ci ilin yayına qədər qüvvədə olacaq yeni razılaşma əldə olunub.
Qeyd: "Yuventus" Arkadiuş Miliki 2022-ci ilin avqustunda "Marsel" klubundan heyətinə qatıb. Polşa milli komandasının üzvü olan 31 yaşlı futbolçu cari mövsümdə Turin klubunun heyətində rəsmi oyunlarda meydana çıxmayıb.
Təcrübəli futbolçu hazırda zədəlidir.
© Copyright 2026, All Rights Reserved