Afrikada bu ilin ən yaxşısı PSJ-nin futbolçusu seçildi
PSJ-nin mərakeşli futbolçusu Əşrəf Hakimi Afrikada ilin futbolçusu seçilib.
90plus.az xəbər verir ki, Afrika Futbol Konfederasiyasının açıqlamasına əsasən, Hakimi səsvermədə “Qalatasaray”ın nigeriyalı hücumçusu Viktor Osimheni və “Liverpul”un misirli ulduzu Məhəmməd Salahı geridə qoyaraq 2025-ci ilin ən yaxşı futbolçusu adına layiq görülüb.
Bundan əlavə, “Əl-Hilal”ın mərakeşli qapıçısı Yassin Bono Afrikada ilin qapıçısı mükafatının sahibi olub.
© Copyright 2026, All Rights Reserved