Alonso “Liverpul”un planında yoxdur, Slotla davam
“Liverpul”un növbəti baş məşqçi kimi Xabi Alonsonu təyin etmək niyyəti yoxdur və klub gələn mövsüm də Arne Slotla davam etməyi planlaşdırır.
90plus.az xəbər verir ki, komandanın “Paris Sen-Jermen”ə qarşı Çempionlar Liqasından erkən kənarlaşdığı və Premyer Liqada beşinci pillədə qərarlaşdığı uğursuz mövsümə baxmayaraq, Devid Ornşteynin məlumatına görə, rəhbərlikəyin niderlandlı mütəxəssisi istefaya göndərmək istəyi yoxdur.
“Alonsonun ‘Liverpul’un gündəmində olduğuna dair məlumatım yoxdur”, – deyə Ornşteyn bildirib. “Bunu eşitmək bəzilərinin xoşuna gəlməyə bilər və əgər səhv çıxsam, hamınız mənə gülə bilərsiniz. Amma mən yalnız müəyyən vaxtda əldə edib təsdiqlədiyim məlumatları çatdırıram: onların niyyəti Slotla davam etməkdir (əlbəttə, vəziyyət tam nəzarətdən çıxsa, başqa cür danışa bilərik). Hətta dəyişiklik olsa belə (Slotun müqaviləsi 2027-ci ilə qədərdir və hələlik uzadılması ilə bağlı danışıqlar görünmür), Alonsonun onu əvəzləyəcəyinə dair heç bir məlumatım yoxdur.”
Slotun yayda genişmiqyaslı yenidənqurma prosesinə rəhbərlik edəcəyi gözlənilir. Məhəmməd Salah və Endi Robertsonun ayrılacağı bildirilir. Klub Ceremi Jakeyə əlavə olaraq, əsas heyət üçün ən azı dörd yeni oyunçu transfer etməyi planlaşdırır.
© Copyright 2026, All Rights Reserved