Rəşad Sadıqov: “Neftçi”nin futbolçularından üzr istədim”
Azərbaycan Premyer Liqasının 28-ci turunda keçirilən “Zirə” – “Neftçi” oyunu 1:1 hesablı heç-heçə ilə başa çatıb. Qarşılaşmadan sonra hər iki komandanın baş məşqçiləri matçı dəyərləndiriblər.
90plus.az xəbər verir ki, “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov oyunun gərgin keçdiyini bildirib:
“Bilirdik ki, maraqlı və gərgin oyun olacaq. Bir-birinə layiq iki komanda qarşılaşırdı. Oyuna yaxşı başlamadıq. 15-20-ci dəqiqədən sonra isə komanda daha yaxşı təsir bağışladı. Futbolçularımı təbrik edirəm. Üç gündən sonra vacib oyunumuz var, ona hazırlaşacağıq. Fürsətdən istifadə edib bildirmək istəyirəm ki, oyundan sonra Bilirdik ki, maraqlı və gərgin oyun olacaq. Bir-birinə layiq iki komanda qarşılaşırdı. Oyuna yaxşı başlamadıq. 15-20-ci dəqiqədən sonra isə komanda daha yaxşı təsir bağışladı. Futbolçularımı təbrik edirəm. Üç gündən sonra vacib oyunumuz var, ona hazırlaşacağıq. Fürsətdən istifadə edib bildirmək istəyirəm ki, oyundan sonra “Neftçi”nin futbolçularından üzr istədim. Rəqib oyunçular Konatenin sevincinə görə aqressiv davrandılar.
Epizodun təkrarına baxmamışam. Bilmirəm oyundankənar vəziyyət var idi, ya yox. Paltardəyişmə otağından birbaşa bura gəlmişəm”.
“Neftçi”nin məşqçisi Vitali Vernidub isə oyunun keyfiyyətindən razı qaldığını vurğulayıb:
“Yaxşı oyun oldu. Çünki belə oyunlar Azərbaycan çempionatının səviyyəsini qaldırır. Hər iki komanda intensiv oynadı. Düşünürəm ki, azarkeşlər üçün də maraqlı oldu.
Oyunun əksər hallarında dominantlıq etdik. “Zirə” bəzən üstünlüyü ələ keçirirdi. Məşqçilərlə də danışdım ki, belə oyun komandanın fiziki durumuna da yaxşı təsir edir. Oyunçulardan istəyimiz də belə çıxış sərgiləməsidir. Son dəqiqələrə gəldikdə isə, baxarıq, araşdırarıq ki, niyə belə hallar olur. Baş verənlərlə bağlı geniş şərh vermək istəmirəm.
Bu gün oynadığımız komanda keyfiyyətli komanda idi. Mövqeləri onlara biz vermirdik, özləri alırdı”.