Asiya Çempionlar Liqasında qorxulu anlar yaşandı
ŞOK HADİSƏ: AFC Çempionlar Liqasında qorxulu anlar!
90plus.az xəbər verir ki, Asiyanın ən nüfuzlu klub turnirlərindən olan Asiya Çempionlar Liqası çərçivəsində keçirilən oyunda ciddi insident baş verib.
“Əl-Əhli”nin futbolçusu Ali Majraşi rəqib oyunçu Jairo da Silva ilə mübarizə zamanı təhlükəli şəkildə ayağını yüksək qaldıraraq onun üz nahiyəsinə zərbə endirib. Hakim epizodu dərhal qırmızı vərəqə ilə dəyərləndirib.
Malayziya mətbuatının yaydığı məlumata görə, Jairo zərbədən sonra oyunu davam etdirə bilməyib və huşunu itirib. Futbolçunun vəziyyəti ciddi narahatlıq doğurur. Onun dərhal xəstəxanaya aparılıb-aparılmadığı isə hələlik dəqiqləşməyib.
Hadisə meydanda olan hər kəs üçün sarsıdıcı anlarla yadda qalıb. Klub və turnir rəsmilərindən yaxın saatlarda əlavə açıqlamaların verilməsi gözlənilir.
© Copyright 2026, All Rights Reserved