“Fənər” azlıqda qalan rəqiblə bacarmadı
“Fənərbağça” 10 nəfərlə qalan “Rizəspor”u məğlub edə bilmədi – 2-cilik təhlükədə!
90plus.az xəbər verir ki, Türkiyə Super Liqasının 30-cu turunda maraqlı və dramatik qarşılaşma baş tutub. “Fənərbağça” öz meydanında “Rizəspor”u qəbul edib və görüş 2:2 hesabı ilə başa çatıb:
Fənərbağça 2 - 2 Rizespor
A. Sove 47’
Qırmızı: S. Akaydın 72’ (Rizespor azlıqda)
A. Talişka 80’
M. Aktürkoğlu 86’
Q. Laci 90+9’
Bu nəticə ilə “Rizəspor” 12 ildən sonra Kadıköydə “Fənərbağça”ya uduzmayıb və eyni zamanda 13 oyundan sonra “sarı-göylər”dən xal almağa nail olub.
Hazırda “Fənərbağça” 67 xalla turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb və bu xal itkisi çempionluq yarışında ciddi zərbə sayılır. “Rizəspor” isə 37 xalla 8-ci sıradadır.
© Copyright 2026, All Rights Reserved