Həyat yoldaşına görə Lukas Torreyraya hücum olundu
“Qalatasaray”ın futbolçusuna hücum edildi – səbəb həyat yoldaşı ilə bağlı hisslər olub.
90plus.az xəbər verir ki, Türkiyədə bu həftə Lukas Torreira ilə bağlı inanılmaz hadisə yaşanıb.
Türkiyə mediasının yaydığı məlumata görə, “Qalatasaray”ın yarımmüdafiəçisi İstanbulda naməlum şəxs tərəfindən hücuma məruz qalıb. Bildirilir ki, Torreyra əvvəlcə həmin şəxsin onunla şəkil çəkdirmək istədiyini düşünüb. Lakin şəxs gözlənilmədən futbolçunun üzünə zərbə endirib.
Hadisənin ən qəribə tərəfi isə hücumçunun polisə verdiyi ifadə olub. O, Torreyranın həyat yoldaşına qarşı platonik hisslər bəslədiyini etiraf edib.
Hücumçu ifadəsində bunları deyib:
“Ona qarşı platonik hisslərim var idi. Amma o, məndən narahat olduğu üçün əvvəllər mənə qarşı uzaqlaşdırma qərarı aldırmışdı.
Daha sonra “Instagram”da onun Lukas Torreyra ilə fotolarını görəndə futbolçuya qarşı nifrət hiss etməyə başladım.
Dünən “Instagram” vasitəsilə Torreyra və ailəsinin “Rixos Hotel”də olduğunu öyrəndim. Qəfil qəzəb anında taksiyə minib ora getdim və onu görən kimi üzünə yumruq vurdum”.
Hadisədən sonra hüquq-mühafizə orqanlarının araşdırmaya başladığı bildirilib. Torreyranın vəziyyəti ilə bağlı isə hələlik rəsmi açıqlama verilməyib.
© Copyright 2026, All Rights Reserved