“Benzema Mbapenin superulduz olmasını istəmir” iddiası var
Karim Benzema başda olmaqla sabiq madridlilər Mbappenin “toxunulmaz” olmasını istəmir.
90plus.az xəbər verir ki, Karim Benzema və “Real Madrid”in bir neçə keçmiş üzvünün Kilian Mbappenin klubun “toxunulmaz superulduzu”na çevrilməsini istəmədiyi iddiası var.
Məlumata görə, Benzema hazırda da “Real Madrid”in keçmiş futbolçusu və baş məşqçisi Alvaro Arbeloa ilə yaxın münasibət saxlayır və onunla mütəmadi olaraq şəxsi söhbətlər edir.
Xəbərdə həmçinin Mbappenin mövsümün əvvəlində baş məşqçiyə eyham vurduğu bildirilib. Fransalı hücumçunun “onun gəlişindən əvvəl əsl futbol ideyası var idi” sözlərini dediyi iddia edilir.
Mənbənin yazdığına görə, klub daxilində bəzi keçmiş futbolçular Mbappenin komandada xüsusi status qazanmasının balansı poza biləcəyini düşünür.
Qeyd: Məlumatın mənbəyi kimi sosial şəbəkələrdə tanınan Aqababe göstərilib. Klub və ya futbolçular tərəfindən məsələ ilə bağlı rəsmi açıqlama verilməyib.
© Copyright 2026, All Rights Reserved