“Arsenal” çempionluq paradına hazırlaşır
“Arsenal” artıq çempionluq paradına hazırlaşır.
90plus.az xəbər verir ki, "Arsenal"ın Premyer Liqa və Çempionlar Liqası zəfəri ehtimalı üçün xüsusi hazırlıqları tamamladığı iddia olunub.
Kluba yaxın mənbələrin məlumatına görə, London təmsilçisi mümkün çempionluq paradı üçün artıq ciddi maliyyə yatırımı edib və tarixi bayram tədbiri ilə bağlı planları hazır vəziyyətə gətirib.
Bildirilir ki, klub daxilində hər kəs bu uğurun “hər şey demək” olduğunu düşünür və komandanın mövsümü uğurla başa vuracağına böyük inam var.
Mənbələrə əsasən, rəhbərlik həm Premyer Liqa, həm də Çempionlar Liqası uğuru üçün paralel şəkildə hazırlıq görür. Klubun mümkün parad marşrutu, təhlükəsizlik tədbirləri və təşkilati məsələlər üzərində də işlədiyi vurğulanıb.
Qeyd: "Arsenal" turnir cədvəlində əsas rəqibi "Mançester Siti"ni 2 xal qabaqlayır. Hərənin 2 oyunu qalıb:
© Copyright 2026, All Rights Reserved