Deniz Aytekin futboldan gedir
Almaniya futbolunda uzun illər xidmət edən tanınmış FIFA referisi Deniz Aytekin karyerasını başa vurmağa hazırlaşır.
90plus.az xəbər verir ki, rəsmi məlumata əsasən, 47 yaşlı hakim 2025/26 mövsümünün sonunda hakimlikdən təqaüdə çıxacaq. Onun Bundesliqadakı son oyunu “Bavariya” – “Köln” qarşılaşması olacaq.
Deniz Aytekin 2008-ci ildən etibarən Almaniya Bundesliqasında fəaliyyət göstərir və bu müddət ərzində həm ölkə daxilində, həm də beynəlxalq arenada yüzlərlə oyunu idarə edib. Təcrübəli referi karyerası boyunca ümumilikdə 600-dən çox matçda fit çalıb.
Alman hakim futbol ictimaiyyətində qərarları və oyun idarəetməsi ilə seçilən simalardan biri kimi tanınıb. O, uzun illər ərzində Bundesliqanın ən etibarlı referilərindən biri hesab olunub.
© Copyright 2026, All Rights Reserved