İlk milyarder idmançı Devid Bekhemdir
İngiltərə futbolunun əfsanəsi Devid Bekhem maliyyə dünyasında da tarixi nailiyyətə imza atıb.
90plus.az xəbər verir ki, “Sunday Times”ın 2026-cı il üzrə yayımladığı “Rich List” ("Varlıların siyahısı") siyahısına əsasən, sabiq futbolçu Böyük Britaniyada ilk milyarder idmançı statusunu qazanıb.
Məlumata görə, Devid Bekhemin həyat yoldaşı, keçmiş “Spice Girls” üzvü və biznes-ledi Viktoriya Bekhem ilə birlikdə ümumi sərvəti 1.185 milyard funt sterlinqə çatıb. Bu göstərici cütlüyü Böyük Britaniyanın ən varlı məşhur ailələrindən birinə çevirib.
Bekhem futbolçu karyerası ilə yanaşı, reklam müqavilələri, biznes yatırımları və MLS-də “İnter Mayami” layihəsindəki rolu ilə də böyük gəlir əldə edib.
Qeyd: Devid Bekhem karyerası ərzində “Mançester Yunayted”, “Real Madrid”, “Milan”, “Los-Anceles Qalaksi” və “PSJ” kimi klublarda çıxış edib və futbol tarixinin ən tanınmış simalarından biri hesab olunur.
© Copyright 2026, All Rights Reserved