Stefan Əl-Şəravi “Roma”dan gedir
“Roma”da bir dövr başa çatır.
İtaliya millisinin sabiq futbolçusu Stefan Əl-Şaravi mövsümün sonunda paytaxt klubunu tərk edəcək. 33 yaşlı hücumçu ilə yolların ayrılması artıq rəsmiləşib.
90plus.az xəbər verir ki, təcrübəli futbolçu yayda azad agent statusu alacaq və karyerasını başqa komandada davam etdirmək imkanına sahib olacaq.
Əl-Şaravi uzun illər “Roma”nın əsas simalarından biri olub. O, klubun heyətində ümumilikdə 346 oyuna çıxıb və 115 qol iştirakına imza atıb. Hücumçu həm vurduğu qollar, həm də məhsuldar ötürmələri ilə komandanın uğurlarında mühüm rol oynayıb.
İtaliyalı futbolçunun “Roma” ilə ən yaddaqalan uğurlarından biri UEFA Konfrans Liqasının qalibi olması idi. O, həmin turnirdə Joze Mourinyonun rəhbərliyi altında kubok qazanan heyətin üzvlərindən biri olub.
Qeyd: Stefan Əl-Şaravinin gələcək karyerası ilə bağlı hələlik rəsmi məlumat açıqlanmayıb.
© Copyright 2026, All Rights Reserved