Peres - Mbappe: Təkbətək görüş olacaq!
Florentino Peres Mbappe ilə birbaşa görüş keçirəcək.
90plus.az xəbər verir ki, “Real Madrid” prezidenti Florentino Perezin Kilian Mbappe ilə bağlı vacib qərar verdiyi iddia olunub.
Məlumata görə, Peres fransalı ulduzu birbaşa görüşə çağırıb. Görüşdə klub rəhbərliyindən Xose Anxel Sançesin də iştirak edəcəyi bildirilir.
Xəbərdə qeyd olunur ki, tərəflər mövsüm ərzində yaşanan hadisələri və xüsusilə Mbappenin son açıqlamalarını müzakirə edəcəklər. Fransalı futbolçunun dünən Alvaro Arbeloa barədə dediyi sözlərin klub daxilində narazılıq yaratdığı vurğulanıb.
İddialara əsasən, Florentino Peres Mbappenin komandaya tam şəkildə fokuslanmasını və layihəyə tam bağlı olmasını istəyir.
Qeyd: Məlumat jurnalist Latigo Serrano tərəfindən yayılıb. “Real Madrid” və ya Mbappe tərəfindən hələlik rəsmi açıqlama verilməyib.
© Copyright 2026, All Rights Reserved