Alvaresin agenti: “1000% yalandır”
Alvaresin agentindən “Barselona” iddialarına sərt cavab: “1000% yalandır”.
90plus.az xəbər verir ki, “Atletiko Madrid”in hücumçusu Xulian Alvaresin gələcəyi ilə bağlı yayılan transfer iddiaları təkzib olunub. Futbolçunun ailəsinin Barselona ətrafında ev axtarması barədə xəbərlərə onun agenti sərt reaksiya verib.
İddialara görə, Alvaresin qardaşları Kastelldefels bölgəsində ev axtarırdı. Qeyd olunurdu ki, bu ərazi Lionel Messinin də mülkünün yerləşdiyi yer kimi tanınır.
Lakin futbolçunun nümayəndəsi Fernando İdalqo bu məlumatları qəti şəkildə inkar edib. O, “Mundo Deportivo”ya açıqlamasında belə deyib:
“Bu, 1000% yalandır. Ailədən heç kim Barselonada olmayıb. Sonuncu dəfə ‘Atletiko’ya qarşı oyun zamanı orada idilər və ertəsi gün Madridə qayıtdılar.”
Beləliklə, Xulian Alvaresin “Barselona”ya mümkün transferi ilə bağlı yayılan xəbərlərin hazırda heç bir əsası olmadığı bildirilib. Argentinalı hücumçunun “Atletiko Madrid”dəki gələcəyi isə hələlik dəyişməz olaraq qalır.
© Copyright 2026, All Rights Reserved