Ançelotti gənc oyunçudan narazı qaldı
Karlo Ançelotti Endrikdən narazı qaldı.
90plus.az xəbər verir ki, "Real Madrid"in hücumçusu "Xetafe" ilə matçın (1:0) 56-cı dəqiqəsində əlverişli mövqedən topu rəqib qolkiper David Sorianın başı üzərindən qapıya göndərməyə çalışsa da, cəhdi uğursuz alınıb.
Ançelotti 64-cü dəqiqədə Endriki Jude Bellinqem ilə əvəzləyib. Baş məşqçi oyundan sonra braziliyalı futbolçu haqda açıqlama verib:
"Endrik gəncdir və öyrənməlidir, amma futbolda belə hallar olmamalıdır. O, var gücü ilə topa zərbə endirməli idi".
© Copyright 2026, All Rights Reserved