Anri bu kluba məşqçi təyin oluna bilər - Klopp da dəstək oldu
Fransa yığmasının və İngiltərənin "Arsenal" klubunun keçmiş hücumçusu Tyerri Anrinin "Leypsiq" komandasına yeni baş məşqçi kimi təyin olunması ehtimalı var.
90plus.az xəbər verir ki, artıq Anri ilə klub arasında ilkin razılaşmaya nail olunub. 47 yaşlı fransız məşqçiyə "Red Bull" futbol strukturlarının rəhbəri vəzifəsində çalışan Yurgen Kloppun da dəstək verdiyi bildirilir.
Qeyd: "Leypsiq" 30 mart 2025-ci il tarixində baş məşqçi Marko Roze ilə yollarını ayırdığını açıqlayıb. Daha sonra klub mövsümün sonuna qədər Jolt Lev ilə müqavilə bağlayaraq onu müvəqqəti baş məşqçi təyin edib.
Alman klubu hücumameylli, cəlbedici futbolu sevən və gənc istedadlara güvənən mütəxəssis istəyir.
Tyerri Anri məşqçilik karyerasında Fransa U-21, U-23 və ölkənin Olimpiya yığmalarına rəhbərlik edib.
📰: @leJDD; Tribuna; Telegrafi
© Copyright 2026, All Rights Reserved