Arauxo: “Bu rəqibə hörmət etmək lazımdır”
"Barselona"nın uruavaylı müdafiəçisi Ronald Arauxo İspaniya Kubokunun finalından əvvəl fikirlərini bölüşüb.
90plus.az xəbər verir ki, 26 yaşlı futbolçu bu axşam baş tutacaq "El Klassiko"dan öncə rəqibin üstünlüyündən danışıb və matçın çətin olacağını söyləyib:
"Real Madrid"in möhtəşəm komandası və çox yüksək səviyyəli oyunçuları var. Xüsusilə hücum xəttini nəzərdə tuturam, epizodları qola çevirə bilirlər. "Real Madrid" böyük futbolçuları olan top-klubdur. Onların baş məşqçisi mümkün bütün titulları qazanıb.
"Bu rəqibə hörmət etmək lazımdır. "Barsa"nı çətin matç gözləyir. İstənilən finalda qələbə qazanmaq çox vacibdir, xüsusən də söhbət prinsipial rəqibdən gedirsə... Hədəfimiz bütün kuboklara sahib çıxmaqdır".
📰: Mundo Deportivo
© Copyright 2026, All Rights Reserved