Argentinadan rahat qələbə
Argentina milli komandası bu gün Anqola yığması ilə yoldaşlıq oyunu keçirib.
90plus.az xəbər verir ki, qarşılaşma Argentinanın 2:0 hesablı qələbəsi ilə başa çatıb.
Oyunun hesabını 43-cü dəqiqədə Lautaro Martines açıb. Ona qolu Lionel Messi asist edib. 82-ci dəqiqədə isə Messi özü fərqlənib.
Bu qol, 38 yaşlı hücumçunun həm milli komanda, həm də "İnter Mayami" ilə son 8 matçda vurduğu ümumilikdə 20-ci qol olub.
Xatırlatma: Argentina yığması artıq DÇ-2026-nın final mərhələsinə vəsiqə əldə edib.
© Copyright 2026, All Rights Reserved