"Arsenal" Sakaya güvənir - Uzunmüddətli müqavilə
"Arsenal" Bukayo Sakanı uzun müddət komandada saxlamaq istəyir.
90plus.az xəbər verir ki, London təmsilçisi ingiltərəli vingerlə yeni müqavilə bağlamaq üçün razılıq əldə edib. Bu barədə yerli mətbuatda məlumat yayılıb.
23 yaşlı futbolçu ilə müqavilənin bütün detalları razılaşdırılıb. Yaxın günlərdə Saka ilə uzunmüddətli sözləşmə imzalanacaq.
Qeyd: Bukayo Saka "Arsenal" akademiyasının yetirməsidir. İngiltərə milli komandasının üzvü bu mövsüm "topçular"ın heyətində 31 rəsmi oyunda iştirak edərək 11 qol vurub və 14 assistlə yadda qalıb.
© Copyright 2026, All Rights Reserved