"Avropa çempionluğu Dünya çempionluğuna bərabərdir" - Ronaldo
Ronaldo 900-cü qolu barəsində danışıb.
90plus.az məlumat verir ki, karyerasında 900-cü qolu vuran Kristiano Ronaldo deyir ki, Portuqaliya milli komandası ilə uğurunu sübut etmək üçün Dünya Kubokuna ehtiyacı yoxdur:
“Portuqaliyanın Avropa çempionu olması Dünya Kubokunu qazanmağa bərabərdir.
Mən artıq Portuqaliya üçün çox istədiyim iki kubok qazanmışam. Məni motivasiya edən bu deyil.Futboldan həzz almaq məni motivasiya edir və rekordlar öz-özünə gəlir”
Qeyd: O, dünən Xorvatiya ilə matçda 900-cü qoluna imza atdı. Kriştiano Portuqaliya ilə 213 matçda 133 qol vurub.
© Copyright 2026, All Rights Reserved