"Barselona" "El Klassiko"ya ciddi itkilərlə çıxacaq
"Barselona" İspaniya Kubokunun final mərhələsində "Real Madrid"lə qarşılaşacaq.
90plus.az xəbər verir ki, Kataloniya klubu bu oyuna ciddi heyət çatışmazlığı ilə çıxacaq.
Komandanın müdafiəçisi Alehandro Balde, yarımmüdafiə xəttində oynayan Mark Kasado və Mark Bernal, həmçinin hücumçu Robert Levandovski "El-Klasiko" matçında iştirak etməyəcəklər. Hər dörd futbolçu zədə səbəbindən meydana çıxa bilməyəcək.
Uzun müddət zədə problemi yaşayan alman qapıçı Mark-Andre ter Ştegen isə artıq tam sağalıb və oyunun iştirak ərizəsinə salınacaq.
Xatırlatma: "Barselona" ilə "Real Madrid" arasındakı oyun 26 mart tarixində, Bakı vaxtı ilə gecə saat 00:00-da keçiriləcək.
© Copyright 2026, All Rights Reserved