"Barselona"nın sabiq qapıçısı futbola geri döndü
"Barselona"nın tanınmış sabiq qapıçısı Viktor Valdes futbol sahəsinə geri dönüb.
90plus az xəbər verir ki, o, İspaniyanın IV Divizionunda çıxış edən "Real Avila" klubu ilə müqavilə bağlayıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Təcrübəli mütəxəssis 2026-cı ilin yayına qədər komandaya başçılıq edəcək.
Valdesin son məşqçilik fəaliyyəti 2020/21 mövsümündə "Hurta" komandasında olub.
O, oyunçu kimi "Barselona", "Mançester Yunayted" və "Midlsbro" klublarında çıxış edib, həmçinin İspaniya milli komandasında forma geyinib.
© Copyright 2026, All Rights Reserved