Basketbol millimiz erməniləri darmadağın etdu
3x3 basketbol millimiz Ermənistanı darmadağın edib.
90plus.az xəbər verir ki, bu gün Kosovonun paytaxtı Priştina şəhərində 3x3 basketbol üzrə Avropa Kubokunun təsnifat oyunları start götürüb.
Açılış oyununda millimiz Ermənistan yığması ilə qarşılaşıb və rəqib üzərində 21-9 hesablı parlaq qələbə qazanıb.
“B” qrupunda qərarlaşmış millimizin qrupda növbəti oyunu Bakı vaxtı ilə saat 16:10-da yerli Kosovo yığmasına qarşı olacaq.
© Copyright 2026, All Rights Reserved