Belçikalı futbolçu Səudiyyə futbolunu təriflədi
Yannik Karrasko: “Səudiyyə Ərəbistanı futbolu gözardı edilməməlidir”.
90plus.az xəbər verir ki, 32 yaşlı belçikalı vinger Yannik Karrasko Səudiyyə Ərəbistanı futbolu haqqında fikirlərini bölüşüb.
“İnsanlar Səudiyyə Ərəbistanı haqqında çox şey bilmir. Premyer Liqa və Seriya A-dan gələn oyunçular buranın səviyyəsinin nə qədər yüksək olduğunu yaxşı anlayır,” – deyə Karrasko bildirib.
2023-cü ildən “Al Şabab”ın formasını geyinən təcrübəli belçikalı futbolçu indiyədək 44 oyunda 12 qol vurub və komandasında əsas fiqurlardan biri hesab olunur.
Karrasko bu açıqlaması ilə həm ölkə futboluna diqqət çəkmək, həm də Səudiyyə Ərəbistanı liqasının keyfiyyətini vurğulamaq istədiyini göstərib.
© Copyright 2026, All Rights Reserved