Benzema: “İndi də ‘Real’la bağlı xəyallar qururam”
Karim Benzema təsdiqləyib ki, klubdan ayrılmasından artıq iki il keçməsinə baxmayaraq, hələ də "Real Madrid" fanatıdır.
90plus.az xəbər verir ki, Benzema Diario AS-a bunları deyib:
“İndiyə qədər Real Madrid oyunlarını izləyirəm, Çempionlar Liqasını da izləyirəm və xəyallar qururam. Çempionlar Liqası sehrlidir."
Benzema Səudiyyə Ərəbistanında demək olar ki, qazanılacaq hər şeyi qazandıqdan sonra gələcəyi barədə danışıb:
“Buradakı müqaviləm sona yaxınlaşır. Hələ qərar verə bilmirəm, qalacam yoxsa gedəcəm; çox şeydən asılıdır. Dekabrda 38 yaşım olacaq. Özümü futbol oynayan görürəm, hələ iki il futbol oynayacağam.
Fiziki olaraq yaxşı vəziyyətdəyəm, çox çalışıram və futbol oynayıram. Futbolu sevirəm, ondan zövq alıram. Görək nə olacaq, klub nə fikirləşir. Üz-üzə danışmağı və onların fikrini görməyi xoşlayıram.
Mənim üçün ən yaxşısı burda davam etməkdir, amma sadəcə bir-iki il qalmaq üçün qalmaq da deyil. Bunu edə bilmərəm. Düşünürəm ki, liqadakı futbol səviyyəsi getdikcə yaxşılaşır.
Artıq üç ildir buradayam və hər şey getdikcə daha yaxşı olur. Doğrudur, Avropadan təkliflər də almışam. Hər şeyi nəzərdən keçirməliyəm, düzgün seçim etməliyəm və özümü rahat hiss edəcəyim yeri seçməliyəm, amma unutmaq olmaz ki, burada yaxşı hiss edirəm və hər kəsdən sevgi görürəm. Amma görək nə olacaq.
Məndən müəyyən şeylər tələb olunur və mən də cavab verirəm. Hər şey yarı-yarıya olsa da, bəzi şeylər var. Futboldan imtina etməyəcəm və altı ay müddətində yarışmaqdan da əl çəkməyəcəm,” – Benzema əlavə edib.
Karim Benzema "Al-Ittihad"da 2026-cı ilin iyunundan sonra qalacağına əmin olmadığını etiraf edib.
“Gedəcəyimi yoxsa qalacağımı bilmirəm,” – 37 yaşlı oyunçu deyib. “Çox amillərdən asılıdır… görək nə baş verəcək.”
"Real Madrid"dən gəldikdən bəri 48 oyunda 35 qol vursa da, zədələr və klubun yeddinci yerdə olması şübhələr yaradıb.
Benzema isə karyerasını bitirməyəcəyini və diqqətini Asiya Çempionlar Liqasına yönəltdiyini vurğulayıb.