Çempionlar Liqası: “Traktor” 1 xal qazandı
Asiya Çempionlar Liqasının əsas mərhələsində ikinci turun oyunları keçirilib və Təbriz klubu da növbəti oyununa çıxıb.
90plus.az xəbər verir ki, bu dəfə Təbrizin “Traktor” klubu Birləşmiş Ərəb Əmirliklərinin “Əl-Vahda” komandası ilə üz-üzə gəlib. Maraqlı epizodlara baxmayaraq, tərəflərin səyləri qolla nəticələnməyib və matç qolsuz bərabərliklə başa çatıb – 0:0.
İki turdan sonra “Əl-Vahda” 4 xalla turnir cədvəlində 2-ci pillədə qərarlaşıb. “Traktor” isə 2 xal toplayaraq 6-cı sırada yer alır. Ümumilikdə yarışda 12 komanda mübarizə aparır.
© Copyright 2026, All Rights Reserved