Dünya futbolunun "dəli oğlanı" Balotellinin karyera enişi - MƏQALƏ
Mario Balotellinin karyerasında son 10 il ərzində yaşanan eniş diqqət çəkir.
90plus.az yazır ki, bir vaxtlar Avropanın ən nüfuzlu klublarında çıxış edən italiyalı hücumçu hazırda futbol yolunu BƏƏ-nin ikinci liqasında davam etdirir. Karyerasının zirvə dövründə "İnter”, “Mançester Siti”, “Milan” və “Liverpul” kimi klubların formasını geyinən Balotelli son illərdə gözləntiləri doğrulda bilməyib.
Ulduz futbolçu daha sonra “Nitsa”, “Marsel”, “Breşiya”, “Monza”, “Adana Dəmirspor” və “Sion” kimi klublarda çıxış etsə də, əvvəlki səviyyəsinə qayıda bilməyib. Tez-tez klub dəyişməsi, intizam problemləri və qeyri-sabit performans onun karyerasına mənfi təsir göstərib.
Onun haqqında Joze Mourinyo belə demişdi:
"Rubin"lə oyuna getmişdik. İlk hissədə Balotelli sarı vərəqə aldı. Fasilədə 15 dəqiqənin 14-ünü ona xərclədim. Ona dedim ki, "Balotelli əlimdə səndən başqa hücumçu yoxdur, heç kimə toxunma. Topu itirdi mi, boş ver. Qıcıqlanma", və ikinci hissə 48-ci dəqiqə qırmızı vərəqə. O, tam dəli biri idi".
Bir dəfə də Amerika Birləşmiş Ştatlarında keçirilən yoldaşlıq oyununda "Mən Siti"də oynayarkən baş məşqçi Roberto Mançini ilə söz davasına çıxmışdı. Səbəb isə təkbətək epizodda dabanla fərqlənmək istəməsi olmuşdu.
Hazırda Birləşmiş Ərəb Əmirliklərinin ikinci liqasında çıxış edən Balotelli üçün bu mərhələ futbolçu karyerasında ciddi geriləmə kimi dəyərləndirilir. Bir zamanlar dünyanın ən perspektivli hücumçularından biri hesab olunan italiyalı futbolçunun karyera yolu futbol ictimaiyyətində tez-tez “itirilmiş potensial” nümunəsi kimi göstərilir.
© Copyright 2026, All Rights Reserved