Eder Militao mundialı buraxacaq
Eder Militao Dünya Çempionatını buraxacaq – ciddi zədə!
90plus.az xəbər verir ki, Braziliya millisinin və “Real Madrid”in müdafiəçisi Eder Militao aldığı yeni zədə səbəbindən Dünya Çempionatında iştirak edə bilməyəcək.
Məlumata görə, futbolçu sol ayağının hamstring nahiyəsində ciddi zədə alıb və bu səbəbdən əməliyyat olunacaq. Həkimlərin ilkin qiymətləndirməsinə əsasən, onun bərpa müddəti ən azı 4 ay davam edəcək.
Bu isə o deməkdir ki, Militao qarşıdakı Dünya Çempionatını qaçıracaq. Klub və millidə əsas fiqurlardan biri olan müdafiəçinin yoxluğu Braziliya yığması üçün ciddi itki hesab olunur.
Futbolçunun yaxın günlərdə əməliyyat olunacağı və daha sonra reabilitasiya prosesinə başlayacağı bildirilir.
© Copyright 2026, All Rights Reserved