Erik Ten Haq "Fənər"lə oyundan sonra işini itirə bilər
Mövsümün ilk üç ayında “Mançester Yunayted”in zəif çıxışından sonra baş məşqçi Erik ten Haq təzyiq altındadır.
90plus.az “Football Insider”-ə istinadən xəbər verir ki, niderlandlı mütəxəssisin gələcəyi növbəti iki matçda müəyyənləşəcək.
Ten Haqın yetirmələri Premyer Liqada “Brentford”a və Avropa Liqasında “Fənərbaxça”ya məğlub olarsa, rəhbərlik onu qovacaq.
© Copyright 2026, All Rights Reserved