Estevao 4 aya belə dəyişdi
“Çelsi”nin planı narahatlıq yaradır – Estevaonun fiziki dəyişimi müzakirə mövzusu oldu.
90plus.az xəbər verir ki, “Çelsi” və Braziliya millisinin azarkeşləri gənc istedad Estevaonun son fiziki dəyişməsindən narahatdır.
Məlumata görə, London klubu futbolçunu Premyer Liqanın yüksək fiziki tələblərinə hazırlamaq məqsədilə xüsusi çəki artırma proqramına cəlb edib. Bu proqram çərçivəsində onun daha sürətli şəkildə əzələ kütləsi yığması planlaşdırılır.
Lakin bu proses birmənalı qarşılanmır. Bəzi mütəxəssislər və azarkeşlər hesab edir ki, qısa müddətdə baş verən “sürətli bədən yığımı” futbolçunun orqanizminə əlavə yük yarada bilər. Xüsusilə də, bu dəyişimin son vaxtlar müşahidə olunan zədə problemləri ilə əlaqəli ola biləcəyi iddia olunur.
Klub hələlik məsələ ilə bağlı rəsmi açıqlama verməyib. Buna baxmayaraq, Estevaonun fiziki hazırlığı və sağlamlıq durumu yaxın müddətdə diqqət mərkəzində olacaq.
© Copyright 2026, All Rights Reserved