Finalda "Barselona" "Arsenal"la qarşılaşacaq
Qadınlar arasında Çempionlar Liqasının yarımfinal mərhələsində Fransanın "Lyon" və İngiltərənin "Arsenal" komandaları arasında cavab qarşılaşması keçirilib.
90plus.az xəbər verir ki, görüş Fransanın Lyon şəhərində yerləşən "Groupama" stadionunda baş tutub. "Arsenal" rəqibini 4:1 hesabı ilə məğlub edərək (ümumi hesabla 5:3) finala vəsiqə qazanıb.
Həlledici qarşılaşmada "Arsenal" İspaniyanın "Barselona" klubu ilə üz-üzə gələcək. Final oyunu mayın 24-də Portuqaliyanın Lissabon şəhərində keçiriləcək.
© Copyright 2026, All Rights Reserved