Formula-1 Azərbaycan: 3-cü sınaq yürüşünün qalibi müəyyənləşdi
Azərbaycan qran-prisində sınaq yürüşləri davam edir.
90plus.az xəbər verir ki, yürüşdə 10 komanda arasında ən yaxşı nəticəni "Mercedes"in britaniyalı pilotu Corc Rassell göstərib.
"Ferrari"nin monakolu sürücüsü Şarl Lekler ikinci, "MakLaren"in britaniyalı pilotu Lando Norris üçüncü sırada yer alıblar.
Ötən gün keçirilmiş birinci sərbəst yürüşdə “Red Bull” komandasının niderlandlı pilotu Maks Ferstappen, ikinci sərbəst yürüşdə isə Ş.Lekler finişə birinci çatıblar.
Bu gün, həmçinin saat 14:15-də Formula 2 üzrə sprint yarışı və saat 16:00-da Formula 1 üzrə sıralama turu baş tutacaq.
Qeyd: Azərbaycan Qran-Prisinə sentyabrın 15-də yekun vurulacaq.
© Copyright 2026, All Rights Reserved