Fransa Superkuboku bu ölkədə olacaq
Küveyt Futbol Assosiasiyası bu gün açıqlayıb ki, Fransa Superkuboku “Pari Sen-Jermen” ilə “Olimpik Marsel” arasında Küveytdə keçiriləcək.
90plus.az xəbər verir ki, qurumun rəsmi saytında yayımlanan məlumata görə, qarşılaşma 8 yanvar tarixində Küveyt şəhərində yerləşən Cabir əl-Əhməd Beynəlxalq Stadionunda baş tutacaq.
Bu matç Fransa Liqa 1-in ən güclü iki klubunu üz-üzə gətirəcək.
Keçən ilin Superkubokunu PSJ qazanmışdı — 5 yanvarda Dohada keçirilən oyunda “Monako”nu 1:0 hesabı ilə məğlub etmişdi.
PSJ yarışın rekordçusudur — komandanın aktivində 13 titul var. “Lion” 8 Superkubokla ikinci yerdə qərarlaşıb, “Reyms” və “Sen-Etyen” isə hərəsi 5 dəfə qalib olub. “Monako”nun isə 4 Superkuboku var.
© Copyright 2026, All Rights Reserved