Futbolçu 72 saatdan tez 2-ci matça çıxmayacaq
FIFA komandalararası oyunlarda minimum fasiləni 72 saata çıxarmağı planlaşdırır.
90plus.az xəbər verir ki, FIFA 2031-ci ildən etibarən komandalar arasında keçiriləcək oyunlar üçün minimum 72 saatlıq fasilə tətbiq etməyi planlaşdırır.
Qaydanın məqsədi futbolçuların istirahətini təmin etmək və zədələnmə riskini azaltmaqdır.
Bu təşəbbüs dünya futbolunda oyun cədvəllərinin sıxlığını azaltmaq və oyunçuların sağlamlığını qorumaq yönündə atılmış vacib addım kimi qiymətləndirilir.
🔗 Mənbə: Daily Mail
© Copyright 2026, All Rights Reserved