İkinci Liqa komandası Bakıya gəlməyə pul tapmadı
Dünən sayca üçüncü liqa olan "İkinci liqa"da Şəfa-Lerik oyunu baş tutmayıb.
90plus.az xəbər verir ki, buna səbəb Lerik klubunun Bakıya gəlmək üçün yol pulu probleminin yaranmasıdır.
Qeyd edək ki, "İkinci Liqa"da hər kluba AFFA tərəfindən mövsüm ərzində cəmi 50 min AZN pul ayrılır və bu məbləğ hər ay 5 min AZN olmaqla verilir. Klubların hamısı da stadionlarda aylıq icarə ilə oynayır və icarə haqları çıxıldıqdan sonra klublara ay ərzində cəmi 3000-3500 AZN pul qalır. Bu pulun daxilində futbolçuların maaşları, işçilərin maaşları və digər xərclər də elə bölünməlidir ki, pul çatsın.
© Copyright 2026, All Rights Reserved