Klopp “Liverpul”a təbrik yolladı
Yurgen Klopp sabiq komandası "Liverpul"u İngiltərədə qazanılan 20-ci çempionluq münasibətilə təbrik edib.
90plus.az xəbər verir ki, 57 yaşlı alman mütəxəssis şəxsi İnstagram hesabında ürək sözlərini belə ifadə edib:
"Keçmişə görə inanılmaz şəkildə minnətdaram, indiki nəticəyə görə hədsiz xoşbəxtəm və gələcəyə çox pozitiv köklənmişəm! Təbriklər, YNWA. Təşəkkür edirəm, sevimli komandam ".
YNWA - You are never walk alone (Tərcüməsi: "Sən heç vaxt yalnız gəzməyəcəksən". Klubun əsas şüarı)
Qeyd: Klopp 2015-2024-cü illərdə, 9 il "Liverpul"a rəhbərlik edib. 1 dəfə Premyer Liqa, 1 dəfə Çempionlar Liqası, 1 dəfə dünya kuboku, 1 dəfə UEFA Superkuboku və FA kubokunu, 2 dəfə isə İngiltərə Liqa kubokunu qazanıb.
© Copyright 2026, All Rights Reserved