Koşta: “Qarabağ”a qədər Mourinyo ağlıma da gəlməzdi”
Rui Koşta: “Mourinyonun maaşı karyerasındakı ən aşağı səviyyədədir”.
90plus.az xəbər verir ki, “Benfika” prezidenti Rui Koşta Joze Mourinyonun müqavilə detalları barədə açıqlama verib. Klub rəhbərinin sözlərinə görə, portuqaliyalı mütəxəssisin maaşı son illərlə müqayisədə çox aşağıdır:
🗣 Rui Koşta: “Mourinyonun maaşı ilk il 3 milyon avro, ikinci il isə 4 milyon avro olacaq. Bu, onun “Portu”dan ayrıldığından bəri aldığı ən aşağı maaşdır.”
Portuqaliyalı funksioner əlavə edib ki, Mourinyonun “Benfika”ya gəlişində əsas rol sportiv direktor Mario Brankoya məxsusdur:
❗️ “Mourinyo heç ağlımda yox idi. “Qarabağ” oyunundan sonra Mario Branko mənimlə əlaqə saxladı və prosesi tamamladı. Həm onun “Fənərbağça”dan ayrılmasını, həm də “Benfika”ya gəlişini Mario Branko təşkil etdi.”
📌 Mənbə: CNN Portuqaliya
© Copyright 2026, All Rights Reserved