Kərim Benzema baş məşqçisiz qaldı
"Əl-İttihad" baş məşqçi Loran Blanla yollarını ayırıb.
90plus.az xəbər verir ki, "Footmercato"nun yaydığı məlumata əsasən, Səudiyyə Ərəbistanı klubu fransalı mütəxəssisin müqaviləsini ləğv edib.
Blan 2024-cü ilin iyulundan etibarən “Əl-İttihad” komandasına rəhbərlik edirdi. Onun rəhbərliyi dövründə komanda həm Səudiyyə çempionatını, həm də kuboku qazanmağa nail olub.
Xatırlatma: Ciddə təmsilçisi ölkə çempionatının IV turunda “Əl-Nəsr”ə 0:2 hesabı ilə məğlub olub. Klubda Kərim Benzema çıxış edir.
© Copyright 2026, All Rights Reserved