Kriştiano Ronaldo: “Futbolu buraxacam”
Ronaldo təqaüd planlarını açıqladı: “Bir və ya iki ilə futbolu buraxacam”.
90plus.az xəbər verir ki, Portuqaliya millisinin və “Ən-Nəsr”in ulduzu Kriştiano Ronaldo gələcəyi ilə bağlı ən açıq açıqlamalarından birini verib. 40 yaşlı hücumçu yaxın illərdə karyerasını başa vuracağını bildirib.
Ronaldo futbol üçün edə biləcəyi hər şeyi etdiyini deyib:
“Tezliklə futbolu buraxacam… Son 25 ildə futbol üçün edə biləcəyim hər şeyi etdim, verəcəyim hər şeyi verdim. Yəqin ki, bir və ya iki ilə”.
Ulduz futbolçu 2026-cı ildə keçiriləcək dünya çempionatının onun karyerasındakı son mundial ola biləcəyini də etiraf edib:
“2026-cı ildə keçirilən dünya çempionatı mənim son mundialım olacaq. 41 yaşım olacaq, düşünürəm ki, artıq belə bir böyük turnirdə… Bilmirəm… Dediyim kimi, indiki andan həzz alıram”.
Kriştiano Ronaldo hazırda həm “Əl-Nəssr”, həm də Portuqaliya millisində əsas fiqurlardan biri olaraq çıxış edir, lakin ulduz futbolçunun sözləri karyerasının final mərhələsinə yaxınlaşdığını göstərir.
© Copyright 2026, All Rights Reserved