Kuçka: "Azərbaycan təhlükəli rəqibdir"
Slovakiya millisinin futbolçusu Yuray Kuçka Azərbaycan millisi haqqında danışıb.
90plus.az xəbər verir ki, Slovakiya millisinin üzvü Yuray Kuçka Millətlər Liqasında millimizlə oyundan sonra bunları deyib:
“İki qol vurmağımız vacib idi. Çünki Azərbaycan yığması da təhlükəli rəqibdir. Bəzi səhvlər etsək də, şanslardan yararlana bilmədilər. Hədəfimiz iki oyunu da qazanmaq idi. Növbəti matçlara daha yaxşı hazırlaşmalıyıq”.
Qeyd: Slovakiya Azərbaycanla matçdan 2-0 hesablı qələbə ilə ayrılıb. Qolları penaltidən Ondrey Duda ilə, Nika Strelec vurub.
© Copyright 2026, All Rights Reserved