Lamin Yamal aprelin “ən yaxşısı” seçildi
Lamin Yamal aprel ayı üzrə La Liqada ayın ən yaxşı futbolçusu seçilib.
90plus.az xəbər verir ki, 18 yaşlı gənc futbolçu aprel ayında cəmi 3 oyunda iştirak etsə də, 2 qol vurub və 2 məhsuldar ötürmə edib. O, “Barselona”nın həmin ay keçirdiyi bütün oyunlarda qələbə qazanmasına kömək edib.
Yamal son matçda “Selta Viqo”ya qarşı qələbə qolunu vurub, lakin həmin oyunda zədələnib.
Bu mövsüm La Liqada onun hesabında 16 qol və 12 assist var.
Təəssüf ki, Lamin Yamal bu mövsüm bir daha meydana çıxa bilməyəcək.
© Copyright 2026, All Rights Reserved