Lamin Yamal "Real"a söz atdı
Lamin Yamal "Real"la bağlı fikir bildirəndən sən sonra tənqidlərə məruz qalıb.
90plus.az xəbər verir ki, Lamin Yamal “Real Madrid” haqqında dediyi sözlərə görə onu tənqid edənlərə cavab verib.
“Qazandığım müddətcə heç kim mənə heç nə deyə bilməz! Mənə heç nə deyə bilməzlər. Məni məğlub etdikləri gün, bəli, yalnız onda nəsə deyə bilərlər”.
Qeyd: Yamal bundan əvvəlki müsahibəsində "Real Madrid"ə söz atmışdı. O, bildirmişdi ki, bu mövsüm "Real Madrid" onlara bata bilmir.
Gənc oyunçu bu sözlərinə görə tənqid atəşinə məruz qalmışdı.
© Copyright 2026, All Rights Reserved