Milli üzvləri Lamin Yamala düşmən kimidir
“Barselona”nın ulduzu Lamin Yamalın İspaniya yığmasında vəziyyəti gərginləşib.
90plus.az xəbər verir ki, “Barselona”nın gənc hücumçusu Lamin Yamalın İspaniya millisində münasibətlərinin yaxşı olmadığı iddia olunur. İspan mətbuatının məlumatına görə, futbolçu ardıcıl olaraq zədə səbəbi ilə yığma düşərgəsinə qoşulmaqdan imtina etdiyi üçün komanda daxilində “dostdan çox düşmənə” sahib olub. Bu davranış bəzi futbolçular tərəfindən yığmaya “sadiqsizik” kimi qiymətləndirilib.
Xəbərdə bildirilir ki, Yamal artıq “aşkar səbəblərə görə” milli komandanın “Real Madrid”də çıxış edən üzvləri tərəfindən də isti qarşılanmır.
Məlumat El Nacional tərəfindən yayılıb.
© Copyright 2026, All Rights Reserved